Bakıda aktrisaya hücum edildi - Foto

Nərgiz Əliyeva. Aktrisa

Nərgiz Əliyeva. Aktrisa

29 noyabr 2021
# 12:37

Tanınmış aktrisa Nərgiz Əliyeva şəxsi avtomobilində olan zaman ona naməlum kişi tərəfindən hücum olub.

Kulis.az xəbər verir ki, bu barədə aktrisa öz "İnstaqram" hesabında yazıb:

“Dünən təxminən saat 17:00 radələrində şəhərin mərkəzində- Nizami küçəsində bir kişi maşınıma yaxınlaşdı. Yaxşı ki, həmin dəqiqə qapıları bağladım. Sonra maşının qapısını açmağa çalışdı, pəncərəyə yumruqlar vurdu. Çox qorxdum. Maşında qızım da ola bilərdi. Nə isə... Bunu yazmaqda məqsədim odur ki, həmin dəqiqə heç kim kömək etmədi. Kənardan kişilər baxıb gülürdülər. Polisdən xahiş edirəm bu insanı tapıb, izahatını alsınlar. Bilmək olmaz, sabah nə baş verəcək və kimin qarşısına çıxacaq”.


# 4122 dəfə oxunub

Müəllifin son yazıları

# # #