Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək
7 mart 2026
# 11:20

Bakı Dövlət Sirki martın 14-dən 30-dək müxtəlif dövrlərdə Beynəlxalq Sirk Festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini təmsil edən dünya səviyyəli sənətçilərin iştirakı ilə hazırlanmış “Səmaya yüksələnlər” adlı şou təqdim edəcək.

Kulis.az xəbər verir ki, şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan olan məşhur akrobatlar və artistlər səhnəyə çıxacaq.

Proqramda Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti, təlimləndirilmiş itlər və atlar ilə maraqlı və valehedici nömrələr, Avropanı turnikdə möhtəşəm performansı ilə heyran etmiş akrobatik duet və s. nümayiş olunacaq.

Proqramda hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb.

Qeyd edək ki, tamaşa Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda təqdim olunacaq.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər