“Baharın on yeddi anı”nın aktyoru vəfat etdi

Vadim Lobanov,Rusiyanın Xalq artisti

Vadim Lobanov,Rusiyanın Xalq artisti

24 dekabr 2021
# 12:02

Rusiyanın Xalq artisti vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Sankt-Peterburq Dövlət Universitetinin teatr sənəti kafedrasının müdiri Vadim Lobanov 81 yaşında dünyasını dəyişib. O, uzun illər xroniki xəstəlikdən əziyyət çəkib.

Lobanov 1940-cı il noyabrın 16-da Voronejdə anadan olub. O, aktyorluq fəaliyyətinə 20 yaşında Estoniya SSR Rus Dram Teatrında başlayıb, bir müddət sonra Moskvaya köçüb və Şepkin adına Ali Teatr Məktəbinə daxil olub.

Teatr və kinoda bir çox rollar ifa edib. Xüsusilə “Baharın on yeddi anı” televiziya filmində, “Stalinqrad” filmində, həmçinin “Sınıq fənərlər küçəsi”, “Mayor”, “Fırtına” seriallarında rol alıb. Sonuncu dəfə Roman Volobuyevin “Sonuncu nazir” serialında oynayıb.

Xatırladaq ki, 2007-ci ildə Lobanova Rusiyanın Xalq artisti adı verilib, 2011-ci ildə isə "Şərəf və Cəsarət" ordeni il təltif olunub.

# 1282 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #