AzTV-də yeni serial: "IV Divar"

AzTV-də yeni serial: "IV Divar"
10 aprel 2026
# 11:03

Tezliklə AzTV-nin efirində tamaşaçılara təqdim olunacaq “IV Divar” serialı 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş vermiş dəhşətli qətliam hadisəsinin illər sonra yaratdığı təsirləri və talelərdə buraxdığı izləri araşdırır.

Kulis.az xəbər verir ki, hekayənin mərkəzində dayanan 4 əsas personajın həyat yolu fərqli istiqamətlərdən başlasa da, nəticədə, eyni həqiqətə doğru uzanır.

Keçmiş və bu gün arasında paralel şəkildə inkişaf edən hadisələr, həm qəhrəmanları, həm də izləyiciləri düşündürən suallar qarşısında qoyur: Həqiqət nədir? Günah kimindir? Keçmişdən qaçmaq mümkündürmü?

“IV Divar” – keçmişin kölgəsində qalan sirlərin, qırılan talelərin və gecikmiş həqiqətlərin hekayəsidir", - məlumatda qeyd olunub.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər