Azərpaşa Nemətovla vida mərasimi keçirilir

Azərpaşa Nemətovla vida mərasimi keçirilir
10 aprel 2023
# 12:39

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Vida mərasiminin ardından cənazə İkinci Fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq.

Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

# 1634 dəfə oxunub

Müəllifin son yazıları

# # #