Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.
Kulis.az xəbər verir ki, aktyor bu haqda "İncə səhər" verilişində deyib. O bildirib ki, böyrək transplantasiyası etdirəcək:
"Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq".
- Xalq yazıçısı Anara Türk Dil Qurumunun mükafatı təqdim edildi
- “Yeşilçam” ulduzu vəfat etdi
- Nura Suri "Bu şəhərdə"ni sərt tənqid etdi: "Çox səviyyəsiz!"
Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.
"2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var" deyə, Azər açıqlamasında bildirib.