Gənc yazıçı Əli Zərbəlinin hekayəsi ABŞ-ın nüfuzlu ədəbi dərgisi olan “SmokeLong Quarterly" jurnalının hər il keçirdiyi hekayə müsabiqəsində uzun siyahıya düşüb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, nəsr əsəri müsabiqəyə təqdim edilmiş 1200 hekayə arasında 53 hekayədən ibarət uzun siyahıda yer alıb.
Qeyd edək ki, “SmokeLong Quarterly” ABŞ-ın flaş-fiksiya (çox qısa hekayə) janrına həsr olunmuş ədəbi jurnalıdır. Jurnal 2003-cü ildə Deyv Klepper tərəfindən təsis edilib. Hazırda jurnal ABŞ-ın Nolensville şəhərində fəaliyyət göstərir və baş redaktoru Kristofer Allendir. Beynəlxalq Yazıçılar Birliyi jurnalı flaş-fiksiya əsərlərini təqdim etmək üçün ən yaxşı məkanlardan biri adlandırıb.