Azərbaycanlı yazıçıdan qalmaqallı kitab: İfşa

Azərbaycanlı yazıçıdan qalmaqallı kitab: İfşa
27 may 2022
# 16:20

Yazıçı Sərdar Aminin “Şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanan şəxsiyyətlər – İfşa” adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, bu kitab onun “Qırmızı tarix” seriyasında ikinci kitabıdır. Seriyanın ilk kitabı isə 2020-ci ildə nəşr olunan “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım”dır.

“Alatoran” nəşriyyatında çap olunan kitabın redaktoru Şərif Ağayardır.

Kitabın təqdimat mərasimi 18 iyun 2022-ci il saat 15:00-da “Misra Book Cafe”də keçiriləcək.

Təqdimata hər kəs dəvətlidir.

# 2407 dəfə oxunub

Müəllifin son yazıları

# # #