Azərbaycanlı uşaq yazarı ilə görüş keçirildi

Azərbaycanlı uşaq yazarı ilə görüş keçirildi
25 aprel 2022
# 11:20

Dünya Kitab və Müəlliflik Hüququ Günü tanınmış uşaq yazarı ilə görüş keçirilib

Kulis.az xəbər verir ki, Sübhnur Tədris Mərkəzində 2022-ci il 23 aprel tarixində Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvi Vüqar Haqverdiyevlə görüş keçirilib. Görüş uşaqlar üçün yaddaqalan maraqlı söhbətlərlə və xoş sürprizlərlə zəngin olub.

Vüqar Haqverdiyev uşaqlar üçün yazdığı nağıllardan bir neçəsini əsərin müəllifi kimi öz səsi ilə səsləndirib və bu nağıllar ətrafında uşaqlarla əyləncəli müzakirələr aparılıb. Sonra görüşə dəvət almış xüsusi istedada malik yuxarı sinif şagirdləri Sevinc Süleymanova və Eşqin Əmrahlı uşaqlar üçün gözəl mahnılar ifa ediblər.

Görüşün sonunda Mərkəzin direktoru Gülnarə Hüseynova Vüqar Haqverdiyevə və bütün iştirakçılara öz təşəkkürünü bildirib və belə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildirib. Tədbirdə iştirak edən bütün uşaqlara müəllifin imzalı kitabları təqdim olunub.

Xatırladaq ki, aprelin 23-ü UNESCO-nun 1995-ci ildə Parisdə keçirilən Baş Konfransında Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qəbul olunub və 1997-ci ildən bu əlamətdar gün ölkəmizdə də qeyd edilir.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #