Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü

Ümid Nəccari, şair

Ümid Nəccari, şair

27 noyabr 2021
# 12:00

Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Belçikanın 2021-ci ilin nüfuzlu “Bogdani” beynəlxalq mükafatına layiq görülüb.

Bu barədə Kulis.az-a şair özü məlumat verib.

O bildirib ki, “Bogdani” mükafatı hər il noyabrın 27-də Brüssel və Priştinada keçirilir.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları dərc edilib.

# 1606 dəfə oxunub

Müəllifin son yazıları

# # #