#

Azərbaycanlı rəssam Parisdə mükafata layiq görüldü

Azərbaycanlı rəssam Parisdə mükafata layiq görüldü
17 fevral 2024
# 10:20

Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamın əsəri “Gregoire Nicolas Finez Planard 2024” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan Nigar Nərimanbəyovanın nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” əsəri Fransa Rəssamlıq Akademiyasının üzvləri tərəfindən seçilib.

Qeyd edək ki, “ART EN CAPİTAL 2024” Avropanın ən yaxşı müasir incəsənət sərgisi kimi tanınır.

# 561 dəfə oxunub

Müəllifin son yazıları

# # #