Azərbaycanlı rəssam etnik-bədii simpoziumda iştirak edəcək

Azərbaycanlı rəssam etnik-bədii simpoziumda iştirak edəcək
24 iyun 2024
# 14:35

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının nümayəndəsi Eldar Babazadə “Tura-xan” etnik-bədii simpoziumunda iştirak etmək üçün dəvət alıb.

Kulis.az xəbər verir ki, iyulun 18-28-də Rusiya Federasiyasının Başkortostan Respublikasında keçiriləcək tədbir ənənəvi təsviri sənət növlərinin aktuallaşdırılması və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması mövzularına həsr olunub.

“Tura-xan” etnik-bədii simpoziumu Rusiya Federasiyası Başkortostan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzi və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunur.

“Arts Council Azerbaijan” Azərbaycanın müasir və ənənəvi incəsənətinin beynəlxalq arenada dəstəklənməsi, onun təbliği ilə məşğul olan aparıcı təşkilatdır.

# 480 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #