Azərbaycanlı rəssam beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı rəssam beynəlxalq mükafata layiq görüldü
27 aprel 2023
# 14:00

Aprelin 24-də Türkiyənin İstanbulda Mask-Kara Teatrının Tamer Levent səhnəsində “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın 8-ci təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, “Tiyatro” qəzetinin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rəssamı Mustafa Mustafayev Türk dünyasının “Ən yaxşı səhnə qrafikası üzrə rəssam”ı mükafatına layiq görülüb.

Qeyd edək ki, Teatr qəzeti bu günə qədər əsasən Türkiyə, Makedoniya, Azərbaycan, Almaniya, İngiltərə, Moldova, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan 365 teatr sənətçisini mükafatlandırıb.

Bu il mükafat kateqoriyası siyahısında Türkiyədən 17 şəhər və Almaniya, Şimali Makedoniya, İtaliya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan sənətçilər yer alıb.

# 879 dəfə oxunub

Müəllifin son yazıları

# # #