Azərbaycanlı model küçələrdə dilənçilik edir - VİDEO

Azərbaycanlı model küçələrdə dilənçilik edir - VİDEO
18 oktyabr 2023
# 18:30

Azərbaycanlı model Rövşanə Kərimova (Təhminə) ilə bağlı faktlar ortaya çıxıb.

Kulis.az xəbər verir ki, onun anası "Elgizlə izlə" verilişinə müraciət edərək Rövşanənin hazırda narkotik istifadə etdiyini, küçələrdə qalıb dilənçilik etdiyini deyib:

"Rövşanə Britaniya vətəndaşı olan iş adamı ilə evli olub. Kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı".

Anası modelin çoxlu evləri olduğunu və hamısının satdığını da bildirib:

"Evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Axırıncı evi mən öz adıma keçirdim, onu da satdı".
Anası deyib ki, qızı reabilitasiya mərkəzlərindən birində 7 ay müalicə alsa da, sağalmayıb.

Məlumat üçün bildirək ki, Təhminə adı ilə tanınan Rövşanə Kərimova vaxtıilə Xalq artisti Faiq Ağayev və müğənni Samir Bağırovun kliplərinə çəkilib.

Ətraflı videoda:

BAKU.WS

# 2957 dəfə oxunub

Müəllifin son yazıları

# # #