Azərbaycanlı aktrisa "Arka Sokaklar" serialında

Nuray Hüseynova, aktrisa

Nuray Hüseynova, aktrisa

10 avqust 2022
# 11:00

Türkiyədə 16 ildir yayımlanan “Arka sokaklar” serialına yeni aktyorlar daxil olacaq.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Batuhan Ekşi, Cem Uçan, Sebahat Kumaş, Cansın Çekili və azərbaycanlı aktrisa Nuray Hüseynova rol alacaqlar. Nuray Hüseynova “Əminə” obrazını canlandıracaq.

17-ci mövsümünün çəkilişlərinə yaxın zamanda start veriləcək.

Qeyd edək ki, Nuray Hüseynovda “Yemin” adlı ekran işində “Aynur” obrazı ilə məşhurlaşıb.

# 3225 dəfə oxunub

Müəllifin son yazıları

# # #