Azərbaycanın Xalq artisti vəfat etdi

Xalq artisti Kamil Cəlilov

Xalq artisti Kamil Cəlilov

23 fevral 2022
# 09:57

Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var.

Xalq artisti, qaboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərmişdi.

Lent.az

# 2900 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #