Azərbaycanın ilk qadın gəmi kapitanına həsr edilən filmin çəkilişləri yekunlaşıb

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr edilən filmin çəkilişləri yekunlaşıb
14 avqust 2025
# 15:30

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın həyatına həsr olunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla başa çatıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi ilə ərsəyə gələn ekran işi təkcə görkəmli qadın kapitanın həyat yolunu deyil, həm də İkinci Dünya müharibəsi dövründə milli gəmiçiliyin rolunu bədii dillə təqdim edir.

Filmdə Şövkət obrazını aktrisa Nəzrin Abdullayeva canlandırıb, ekran işində Xalq artisti Qurban İsmayılov və digər tanınmış aktyorlar da rol alıblar.

Çəkilişlər zamanı ASCO-nun gəmiləri və real məkanlardan istifadə olunub ki, bu da filmin realizmini artırıb.

Qeyd edək ki, hazırda filmin post-prodakşn mərhələsi davam etdirilir.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər