“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi
26 aprel 2024
# 16:00

D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı möhtəşəm klassik musiqi gecəsi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən gecədə tanınmış pianoçular – SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Murad Adıgözəlzadə və Azərbaycanın Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Filarmoniyasının simfonik orkestri iştirak edib.

Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, eləcə də Fikrət Əmirovun Elmira Nəzirovanın həmmüəllifliyi ilə yazdığı fortepiano və orkestr üçün ərəb mövzularında konsert (solist - professor Fərhad Bədəlbəyli) dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dahi rus bəstəkarları Pyotr Çaykovskinin “İtaliya kapriççiosu” və Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün 2 nömrəli süitası (Aleksandr Varenberqin iki fortepiano və orkestr üçün işləməsi) təqdim olunub.

# 770 dəfə oxunub

Müəllifin son yazıları

# # #