“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.
Kulis.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər song@eurovision.az elektron ünvanına göndərə bilər.
Göndəriləcək mahnılar tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və mediada (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim etməlidir.
- Lənkəranın AYB sədri YAZIÇILARIN DAVASINDAN danışdı
- Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi
- Arzu Allahyarova: “Milli Qəhrəman”-Ən qısa hekayə
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.