“Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açıldı

“Azərbaycanda yaşayan azsaylı xalqlar”  adlı virtual sərgi açıldı
9 iyun 2026
# 15:30

Azərbaycan Milli Kitabxanasında respublikamızda yaşayan azsaylı xalqların mədəniyyətini nümayiş etdirmək məqsədilə virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan kulis.az-a bildirilib ki, “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgidə azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar təqdim olunur.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və uğurlu milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Ölkəmizdə yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayır, eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.

Virtual sərgi ilə tanış olmaq istəyənlər link vasitəsilə daxil ola bilərlər.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər