Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq
12 sentyabr 2024
# 10:07

Sentyabrın 17-dən 19-dək Ufa şəhərində keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının Milli Kitabxanası unikal “MDB xalqlarının mədəni irsi” adlı sərgisini təqdim edəcək.

Kulis.az xəbər verir ki, sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı və məzmunlu kitablar təqdim olunacaq.

Tədbirin məqsədi ümumi mədəni səriştənin formalaşdırılması, MDB ölkələri xalqlarının ədəbiyyat dünyasına yiyələnmə, mütaliə mədəniyyətinin və xalqlar dostluğunun təbliğidir.

Xatırladaq ki, MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalıları Forumunun təşkilatçıları MDB iştirakçısı olan Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Başqırdıstan Respublikası Hökumətidir.

# 220 dəfə oxunub

Müəllifin son yazıları

# # #