Azərbaycanda anadan olmuş rus aktyor vəfat etdi

Gennadi Mitrofanov, Rusiyanın Əməkdar artisti

Gennadi Mitrofanov, Rusiyanın Əməkdar artisti

15 fevral 2022
# 16:10

Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyətinin saytında məlumat verilib.

Aktyorun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi deyilir.

Gennadi Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, iki yaşından eşitmə qabiliyyətini itirib.

G.Mitrofanov bir sıra teatr tamaşalarında və filmlərdə oynayıb.

# 1464 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #