Azərbaycan və İsrail birgə film çəkib - "Sevgimizin yolları"

Azərbaycan və İsrail birgə film çəkib - "Sevgimizin yolları"
9 iyul 2025
# 14:05

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təqdimatı keçirilən ekran əsərində azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının məhəbbət hekayəsindən, eləcə də İsrail və Azərbaycan xalqlarının dostluğundan bəhs olunur.

Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, prodüsseri Shaul Siman-Tovdur, operatorları isə Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir.

# 180 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #