Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında
30 may 2025
# 09:12

Gürcüstanın paytaxtı Tbilisidə XXVII Beynəlxalq Kitab Festivalı başlanıb.

Kulis.az xəbər verir ki, iyunun 1-dək davam edəcək tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə milli stendlə təmsil olunur.
Azərbaycan naşir və yazarlarından ibarət heyət kitab bayramında iştirak edir.

Milli stendimizdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 83 adda 200-dən artıq nəşr nümayiş olunur.

Gürcüstan Naşirlər və Kitab Satıcıları Assosiasiyası tərəfindən təşkil olunan festivalın ilk günündə Azərbaycanın kitab mədəniyyətinə həsr olunmuş panel müzakirəsi keçirilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb. Gürcüstan Yazıçılar Evinin sədri Keti Dumbadze çıxışında Azərbaycanla ortaq ədəbi layihələrin planlaşdırıldığını diqqətə çatdırıb.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #