Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində

Azərbaycan “Silk Way Star” vokal müsabiqəsində
16 avqust 2025
# 12:20

Qazaxıstanın paytaxtı Astanada ilk dəfə keçiriləcək Asiya “Silk Way Star” vokal müsabiqəsində Azərbaycanı müğənni və aktrisa Səbinə Quluzadə (Səbinə Zadə) təmsil edəcək.

Beynəlxalq layihə Çin və Mərkəzi Asiya ölkələrinin mədəni əməkdaşlığı çərçivəsində reallaşır və çəkilişlərinə avqustun 20-də start veriləcək.

Müsabiqənin 10 buraxılışdan ibarət şousu qazax, Çin və ingilis dillərində yayımlanacaq.

Qeyd edək ki, final noyabrın 22-də birbaşa yayımlanacaq və qalib münsiflərlə tamaşaçıların ümumi səsverməsi ilə müəyyən olunacaq.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər