Azərbaycan şairləri Yunanıstanda çap olundu

Azərbaycan şairləri Yunanıstanda çap olundu
3 fevral 2022
# 16:00

Yunanıstanda bir çox ölkələrin gənc şairlərinin şeirlərindən ibarət antologiya yunan dilində nəşr olunub, o cümlədən Azərbaycan şairlərinin şeirləri ayrıca antologiyada çap edilib.

Bu barədə Kulis.az-a tərcüməçi Şəhla Nağıyeva bildirib.

“Amerikalı şair Məndəvil və mən - Şəhla Nağıyeva Azərbaycan Dillər Universitetinin dosenti və "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyinin sədri şeirləri toplayıb ingilis dilinə tərcümə etmişik, onlar da yunan dilinə tərcümə ediblər. Bu pandemiyadan əvvəl olub, ona görə iş bir az ləngidi”. – deyə tərcüməçi qeyd edib.

Xatırladaq ki, antologiyada Nərmin Kamal, Fərid Hüseyn, Qismət Rüstəmov, Alik Əlioğlu, Məhəmməd Turan, Elşən Mehdi, Rəşad Nağı Mustafa, Rəbiqə Nazimqızı, Nuranə Nur, Aysel Əlizadə, Günel Şamilqızının şeirləri yer alıb.

# 1253 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #