“Azərbaycan şairləri İrana Qasımova ilə” adlı yeni layihənin ilk tədbiri oldu

“Azərbaycan şairləri İrana Qasımova ilə”  adlı yeni layihənin ilk tədbiri oldu
4 iyun 2024
# 14:00

Yazıçı və rejissor İrana Qasımovanın “Azərbaycan şairləri İrana Qasımova ilə” adlı yeni layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Kulis.az xəbər verir ki, layihənin birinci poeziya axşamının qonağı isə şairə-qiraətçi və yazıçı Leyli Salayeva olub.

Leyli Salayeva Azərbaycan Yazıçılar Birliyinin və Böyük Britaniya Poeziya Cəmiyyətinin üzvüdür. O, beş şeir kitabının müəllifidir.

Təşkilatçı İrana Qasımovanın sözlərinə görə, layihə çərçivəsində keçiriləcək hər bir tədbir müasir Azərbaycan şairlərindən birinə həsr olunacaq.

İrana Qasımova şairə, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeirlər toplusunun müəllifi, “İrana Qasımova ilə poeziya klassikası”, “İrana Qasımova ilə Poetry-batl” və “İrana Qasımova ilə açıq poeziya mikrofonu” adlı mədəniyyət tədbirlərinin təşkilatçısıdır.

# 431 dəfə oxunub

Müəllifin son yazıları

# # #