Azərbaycan rəssamı Kopenhagendə - dizayn festivalında

Azərbaycan rəssamı Kopenhagendə  - dizayn festivalında
25 iyun 2025
# 18:40

Azərbaycan rəssamı Aida Mahmudova Danimarkanın paytaxtı Kopenhagendə dizayn festivalı “3daysofdesign”ə qatılıb.

Kulis.az YARAT - a istinadən xəbər verir ki, sözügedən festival dünyanın müxtəlif ölkələrindən olan tanınmış və yeni fəaliyyətə başlayan rəssam-dizaynerlər üçün platforma rolunu oynayır.

Festivalda Aida Mahmudova Kopenhagenin mədəniyyət mərkəzlərindən biri sayılan “Kongernes Lapidarium” muzeyində təşkil olunmuş ekspozisiyada “Elysium” silsiləsindən olan xalçalarını, eləcə də “Adsız” silsiləsindən olan heykəltaraşlıq lampalarını təqdim edib.

Qeyd edək ki, bu əsərlər Aida Mahmudovanın tekstil irsinə olan dərin marağını və yaradıcılıq yanaşmasını ifadə edir.


# 251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #