Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində fevralın 21-də muzeydə növbəti konsert keçirilib.
Kulis.az xəbər verir ki, “Zəfər qanadlarında” adlı konsert proqramı Əməkdar incəsənət xadimi Əlibala Rzayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təqdim edilib.
Burada Q.Qarayev, V.Adıgözəlov, Ə.Əliyev, İ.Ştrauss, A.Silvestri, V.Handi və digər Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur marş və caz musiqiləri səslənib.
- Dilən, professor, utanma, dilən... - Famil Mehdinin məşhur şeiri
- Reper narkotik alverinə görə həbs edildi
- Bakı Yay Caz Günlərinin ilk konserti keçirildi
Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin muzeyin kolleksiyasına aid hərbi mövzulu əsərlər haqqında tematik ekskursiya ilə müşayiət edilib.