Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur
3 iyun 2024
# 18:30

Qazaxıstanda MDB ölkələrinin 5-ci Gənclər Teatr Forumu başlayır.

Kulis.az xəbər verir ki, iyunun 3-dən 9-dək dünyanın 9 ölkəsindən - Azərbaycan, Qazaxıstan , Rusiya, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistandan yaşı 35-ə qədər olan 200-dən çox rejissor, dramaturq, aktyor, səhnə rəssamı, teatrşünas Almatıda bir araya gələcək.

Qeyd edək ki, MDB, Baltikyanı ölkələr və Gürcüstanın Gənclər Teatr Forumu üçillik formatda - üç ildə bir dəfə keçirilir. Forum 2012-ci ildə Kişineuda (Moldova), 2015-ci ildə Minskdə (Belarus), 2021-ci ildə Daşkənddə (Özbəkistan) baş tutub.

Forumun mövcud olduğu 12 il ərzində iştirakçıların ümumi sayı bir min, tamaşaçıların sayı isə 20 min nəfərdən çox olub.

# 415 dəfə oxunub

Müəllifin son yazıları

# # #