Azərbaycan “Kazan Forumu”nda iştirak edib

Azərbaycan “Kazan Forumu”nda iştirak edib
23 may 2025
# 13:00

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Rusiya – İslam Dünyası: Kazan Forumu” çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti də iştirak edib.

Kulis.az xəbər verir ki, forumun builki mövzusu “Mədəniyyətin sosial-iqtisadi inkişafa təsiri” olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının nümayəndəsi forum iştirakçılarını salamlayaraq, ölkəmizin İslam dünyası ilə mədəni, humanitar və iqtisadi əlaqələrinin genişlənməsinə verdiyi önəmi vurğulayıb.

Eyni zamanda, forumda İSESKO-nun Bakıda yeni Regional Ofisinin açılmasının əhəmiyyəti vurğulanıb və Azərbaycan Respublikasının mədəniyyətin dialoq, sülh və davamlı inkişaf üçün vacib roluna dair mövqeyi təqdim olunub.

Qeyd edək ki, forum İslam dünyası ilə Rusiya arasında əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq mədəni dəyərlər əsasında yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

# # #