Britni Spirs kağız çatışmazlığı səbəbindən tamamlanmış memuarını buraxa bilməyib.
Kulis.az TMZ-a istinadən xəbər verir ki, 40 yaşlı amerikalı pop müğənnisi Britni Spirs xatirələrini yazıb, lakin kağız qıtlığı səbəbindən onları buraxa bilmir.
Əsər 2023-cü ilin yanvarında “Simon&Schuster” tərəfindən nəşr edilməli idi, lakin kağız çatışmazlığı səbəbindən Spirs və komandası memuarın buraxılış tarixini qeyri-müəyyən müddətə təxirə salmalı olublar.
Eyni zamanda “Simon&Schuster” Spirsə 15 milyon dollar avans ödəyib.