Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək

Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək
12 iyun 2025
# 13:40

Azərbaycan 2025-ci il sentyabrın 20-də Moskvada keçiriləcək "İnterviziya" beynəlxalq mahnı müsabiqəsinin iştirakçı ölkələrinin siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, Rusiyanın təşkil etdiyi və beynəlxalq musiqi layihəsi kimi təqdim olunan “İnterviziya” mahnı müsabiqəsində 20 ölkə iştirak edəcək.

Müsabiqədə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirakını təsdiqləyib.

Təşkilatçıların verdiyi məlumata görə, Rusiya səhnəsində ABŞ və Çin nümayəndələri də çıxış edəcək.

Bu müsabiqə, “Avroviziya”nın alternativi kimi təqdim olunur və əsasən Avrasiya, Asiya, Afrika və Latın Amerikası ölkələrinin mədəniyyətlərini bir araya gətirməyi hədəfləyir.

Qeyd edək ki, yarışmanın hansı tarixdə və harada keçiriləcəyi, habelə Azərbaycanı kimin təmsil edəcəyi yaxın günlərdə açıqlanacaq.

# 191 dəfə oxunub

Müəllifin son yazıları

# # #