Azərbaycan incəsənəti “World Art Dubai 2025”də

Azərbaycan incəsənəti “World Art Dubai 2025”də
17 aprel 2025
# 09:23

Azərbaycanlı rəssam Rövşən Nur “World Art Dubai 2025” nüfuzlu beynəlxalq sərgidə milli incəsənətimizi təmsil edir.

Kulis.az xəbər verir ki, 17–20 aprel tarixlərində Dubayda keçirilən “World Art Dubai 2025” Yaxın Şərqin ən iri beynəlxalq incəsənət sərgilərindən biridir. Bu tədbir hər il ABŞ, Böyük Britaniya, Fransa, Çin, Yaponiya, İtaliya, Hindistan və digər ölkələr də daxil olmaqla, onlarla ölkədən mindən çox rəssamı bir araya gətirir.

Qeyd edək ki, Azərbaycan rəssamının “World Art Dubai 2025”də iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyəti, mədəni təşəbbüsü və dəstəyi ilə mümkün olub.

Komitə milli incəsənətin beynəlxalq arenada tanıdılması istiqamətində mühüm töhfələr verir.

# 170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #