Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Lendok Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub.
Kulis.az xəbər verir ki, festivala ümumilikdə 10 film daxil edilib.
Onların arasında Asif Rüstəmovun “Mərmər soyuğu” və Hikmət Rəhimovun “Çılpaq” filmləri də olub.
Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Lendokun "Ən yaxşı birgə istehsala görə" xüsusi mükafatını qazanıb. Hikmət Rəhimovun “Çılpaq” filmi isə ən yaxşı operator işinə görə münsiflərin xüsusi diplomuna layiq görülüb.
Qeyd edək ki, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov festivalda münsif kimi iştirak edib. O, “Lendok”un sənədli filmlər üzrə jürisinə başçılıq edib. Bədii filmlər üzrə münsiflər heyətinin rəhbəri isə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayevdir.
AZƏRTAC