Azərbaycan filmi “Moskva premyerası”nda mükafat qazandı

Azərbaycan filmi “Moskva premyerası”nda mükafat qazandı
30 noyabr 2023
# 10:40

Noyabrın 24-29-da Rusiya paytaxtı Moskvada postsovet ölkələrinin iştirakı ilə V Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalın proqramına azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi də daxil edilib.

Film “Ən yaxşı aktyor”nominasiyasını, "Qran-Pri"ni və “Qızıl kirpi” - kino tənqidçilərinin baş mükafatını qazanıb.

“Mərmər soyuğu” filmi “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.

# 563 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #