“Xatirə və Xəta” bədii filmi Kann festivalında seçilmiş filmlər siyahısında yer alıb.
Kulis.az xəbər verir ki, filmin çəkilişləri bu ilin iyul ayında başa çatıb. ““Xatirə və Xəta” bədii filmi Fransanın Kann şəhərində keçirilən Cannes World Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb. Film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin fədakarlığından bəhs edir.
Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.