Azərbaycan filmi beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan filmi beynəlxalq festivalda iştirak edəcək
6 iyul 2022
# 14:30

Hilal Baydarovun "Balıqlara xütbə" filmi Lokarno festivalında çıxış edəcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya filmin prodüseri Elşən Abbasov məlumat verib.

Onun sözlərinə görə, film nüfüzlu Lokarno Film Festivalının əsas müsabiqəsində iştirak edəcək. Festival bu il 75-ci dəfə keçiriləcək və "Balıqlara xütbə" filmi burada "Qızıl bəbir" mükafatına namizəd olacaq.

Qeyd edək ki, "Balıqlara xütbə" 3500 film arasından seçilmiş 17 ekran işindən biridir və Azərbaycan, Türkiyə, Meksika və İsveçrənin birgə layihəsidir.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #