Azərbaycan “Eurovision 2022”nin finalına yüksəldi

Azərbaycan “Eurovision 2022”nin finalına yüksəldi
13 may 2022
# 10:00

“PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Kulis.az xəbər verir ki, ikinci yarımfinalda Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.

“Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib.

Azərbaycan da daxil olmaqla Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya finala vəziqə qazanıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.

# 1269 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #