Azərbaycan ansamblının beynəlxalq folklor festivalında konserti olub

Beynəlxalq Folklor Festivalı

Beynəlxalq Folklor Festivalı

26 oktyabr 2021
# 18:10

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalının açılışında iştirak edən Azərbaycanın “Cəngi” estrada və folklor ansamblı Süveyş şəhərində misirli tamaşaçıların qarşısında çıxış edib.

Kulis.az xəbər verir ki, Fərhad Əliyevin bədii rəhbəri olduğu ansambl milli rəqslərimizi ifa edib. On nəfərdən ibarət kollektivin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. “Cəngi” estrada və folklor ansamblının festival çərçivəsində konsertləri oktyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festival Misirin mədəniyyət naziri İnas Əbdel Dayimin dəstəyi ilə baş tutub. Festival çərçivəsində İsmailiyə şəhərinin müxtəlif meydanlarında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri keçirilir.

# 1896 dəfə oxunub

Müəllifin son yazıları

# # #