Azərbaycan Türkiyənin paytaxtında keçirilən 21-ci Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçilib.
Kulis.az xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Sərgidə ən zəngin stend ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin səyləri ilə yaradılan Azərbaycan Milli Stendi olub.
Sərginin təşkilat komitəsi Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovu Kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edib.