Azər Buzovnalının əsərlərinin dördüncü cildi çap olundu

Azər Buzovnalının əsərlərinin dördüncü cildi çap olundu
8 oktyabr 2025
# 10:35

Azər Buzovnalının 155 illik yubileyi münasibətilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Azər Buzovnalı. Əsərləri. IV kitab (Şeirlər və mənzum hekayələr)” nəşri işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Əlyazmalar İnstitutunda və Azər Buzovnalının şəxsi arxivində saxlanılan əlyazmaları - şeirləri (qəzəllər, qəsidələr, qitələr, müstəzad, rübailər), mənzum hekayələri ilk dəfə transfoneliterasiya olunaraq nəşrə təqdim edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru və “Könülün könül verdiyi yadigarlar” başlıqlı ön sözün müəllifi akademik Rafael Hüseynov, rəyçiləri dosentlər Nailə Səmədova və Qətibə Quliyevadır.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər