"Azdrama"nın aktyorlarının maaşı ödənilib? - Açıqlama

"Azdrama"nın aktyorlarının maaşı ödənilib? - Açıqlama
31 iyul 2023
# 12:10

Akademik Milli Dram Teatrının aktyorlarının maaşı və məzuniyyət pulları ödənilib.

Bu barədə teatrın aktyoru, Xalq artisti Ramiz Məlik Kulis.az-a məlumat verib.

“Bu gün maaşlarımız ödənildi. Təşəkkür edirik”.

Qeyd edək ki, teatr iyulun 21-də mövsümü yekunlaşdırıb. Xalq artisti Ramiz Məlik bir neçə gün öncə iyul ayının maaşının və məzuniyyət pulunun Maliyyə Nazirliyi tərəfindən ödənilmədiyini bildirmişdi.

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #