Aysel Teymurzadə illər sonra səhnədə

Aysel Teymurzadə  illər sonra səhnədə
23 iyul 2025
# 11:48

Müğənni Aysel Teymurzadə uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxıb.

Kulis.az xəbər verir ki, müğənni rəqqaslarla birgə çıxış edib, məşq prosesindən çəkilmiş videosunu sosial şəbəkə hesabında izləyicilərlə paylaşıb.

Onun əsas çıxışı bu gün "Dream Fest"-də baş tutacaq.

Qeyd edək ki, Aysel həmkarı Araşla birgə 2009-cü ildə keçirilən 54-cü Avroviziya musiqi yarışmasında ölkəmizi "Always" adlı mahnı ilə təmsil etmiş və 3-cü yerə layiq görülmüşdü. O, həmçinin Azərbaycanı bu müsabiqədə təmsil edən ilk qadın müğənnidir.

# 172 dəfə oxunub

Müəllifin son yazıları

# # #