Aygün Səmədzadəyə vəzifə verildi

Aygün Səmədzadəyə vəzifə verildi
17 may 2025
# 10:21

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.

Axşam.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Aygün Səmədzadə 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

# 192 dəfə oxunub

Müəllifin son yazıları

# # #