AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə ekspertiza keçiriləcək

AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə  ekspertiza keçiriləcək
30 may 2025
# 18:32

Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Məhkəmə şair İlham Qəhrəmanın yazısında AYB-nin şərəf və ləyaqətinə toxunan sözün olub-olmaması ilə bağlı məhkəmə-linqvistik ekspertizası təyin edilməsi barədə qərar verib.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, AYB şair İlham Qəhrəmanın mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddalarla bağlı məhkəməyə müraciət edib. AYB qarşı tərəfin həm üzr istəməsini, həm də maddi təzminat olaraq 5000 manat ödəməsini tələb edir. APA

# 523 dəfə oxunub

Müəllifin son yazıları

# # #