AYB-nin katibi: "Azərbaycan həm də Sovet Sosialist Respublikasının varisidir..."

AYB-nin katibi:  "Azərbaycan həm də Sovet Sosialist Respublikasının varisidir..."
29 avqust 2024
# 12:30

"AYB-dən o şeyləri istəyirlər ki, o şeyləri özlərindən istəməlidirlər. Şəxsi həyatından, şəxsi problemindən qaynaqlanan acığını, emosiyasını AYB-yə ünvanlayır, istəkləri ilə qarışdırır, əcaib bir şey ortaya çıxır..."

Kulis.az xəbər verir ki, bu sözləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası təkcə Azərbaycan Demokratik Cümhuriyyətinin deyil, Azərbaycan Sovet Sosialist Respublikasının da varisidir:

“AYB-nin nizamnaməsində əsas punkt odur ki, klassik ədəbiyyatı təbliğ etmək, gələcək nəsillərə ötürmək, ikinci istiqamət isə öz mətbu orqanları, nəşrləri vasitəsilə yeni ədəbiyyatı, prosesi təşkil etmək. Bir qism adamlar deyir ki, AYB Sovetin nişanəsidir, ləğv olunmalıdır. Onda gərək biz Sovet dövründə təsis olunan universitetləri ləğv edək. Və yaxud da digər strukturlar. Amma mən düşünürəm ki, Azərbaycan Respublikası təkcə Azərbaycan Demokratik Cümhuriyyətinin deyil, Azərbaycan Sovet Sosialist Respublikasının varisidir. Yəni, əldə olunmuş bütün nailiyyətləri bu gün özündə ehtiva edir. Bütün sferalarda – mədəniyyətin, elmin. Niyə biz bunları ləğv etməliyik? Əksinə, biz bunları çağdaş dünyanın tələblərinə uyğun reform etməliyik, bəlkə, nələrisə dəyişməli, inkişaf etdirməliyik. Məsələn, niyə Böyük Britaniyada Ədəbiyyat Cəmiyyəti var, Memarlar Cəmiyyəti var? Yaxud elə Fransada tanınmış ədəbiyyatçılara Cəngavər ordeni verirlər, Ser titulu verirlər, dövlətin təsis etdiyi təqaüdləri, mükafatları verirlər və biz isə deyirik ki, bunlar ləğv olunmalıdır”.


# 602 dəfə oxunub

Müəllifin son yazıları

# # #