AYB-də qurultayqabağı toplantı keçirildi

AYB-də qurultayqabağı toplantı keçirildi
30 avqust 2022
# 10:40

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə seksiyaların qurultayqabağı toplantısı keçirilib.

Bu barədə APA-ya AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən topantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilərək seksiya rəhbərlərinin təklifləri dinlənilib. Müzakirələr zamanı qərara alınıb ki, sentyabrın 2-də poeziya və uşaq ədəbiyyatının, 9-da nəsr və dramaturgiya, 16-da isə tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçirilsin.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı oktyabr ayının 5-də Bakı şəhərində keçiriləcək.

# 845 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #