Ayaz Salayev sədr seçildi

Ayaz Salayev

Ayaz Salayev

24 may 2022
# 13:40

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.

Kulis xəbər verir ki, beş nəfərdən ibarət olan Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.

Şuranın üzvləri - aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.

Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.

# 2269 dəfə oxunub

Müəllifin son yazıları

# # #