Beynəlxalq “Avroviziya 2026” mahnı müsabiqəsi ləğv olunmaq təhlükəsi ilə üzləşə bilər.
Kulis.az xəbər verir ki, gələn il iştirakçıları qəbul etməli olan Avstriya yarışmanı keçirməkdən imtina edə bilər. Səbəb isə İsrailin müsabiqədən kənarlaşdırılması müzakirəsidir.
Artıq bir neçə ölkə - Sloveniya, Xorvatiya, İrlandiya və İspaniya - açıq şəkildə İsrailin müsabiqədən diskvalifikasiya edilməsini tələb edib.
Qeyd edək ki, daha əvvəl Avropa Yayım İttifaqının noyabr ayında onlayn səsvermə keçirəcəyi, həmin səsvermə zamanı İsrailin “Avroviziya 2026”dakı taleyinin müəyyən ediləcəyi bildirilmişdi.